info_outline   Haqqımızda

     AccessControl dinamik inkişaf edən texnologiya sferasında artıq 3 ildir ki, innovativ, sərfəli və peşəkar fəaliyyəti ilə müştərilərə xidmət göstərir. Fəaliyyətimiz iki əsas istiqamətə ayrılır: informasiya texnologiyaları və təhlükəsizlik xidmətləri. Yarandığımız vaxtdan qısa müddət ərzində Azərbaycanın dinamik şəkildə inkişaf edən informasiya texnologiyaları bazarında yeni bir brend olaraq özümüzü etibarlı tərəfdaş və sistemlərin inteqrasiya olunması, avadanlıqların tədarük edilməsi və quraşdırılması, eləcə də proqram təminatı üzrə konsaltinq xidmətlərini əhatə edən geniş çeşiddə xidmətlərin təchizatçısı kimi tanıtmışıq. AccessControl təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidmətlər üzrə mühafizə siqnalizasiyası sisteminin quraşdırılması və texniki xidmətlə təmin olunması, girişə nəzarət, perimetr boyunca mühafizə, yanğına qarşı təhlükəsizlik və videomüşahidə kimi sahələrdə ixtisaslaşmışdır. Biz öz nailiyyətlərimizdə ən müasir və qabaqcıl texnologiyalardan istifadə edirik. Sifarişçinin tələblərindən asılı olaraq konsaltinq xidmətlərimiz texniki-iqtisadi əsaslandırma və digər əlavə xidmət növləri kimi seçimləri əhatə edə bilir. Öz fəaliyyətimizdə biz təhlükəsizlik məsələlərinə xüsusi önəm veririk və sifarişçi üçün ən əlverişli və münasib həllər təmin etməyi qarşımıza bir vəzifə kimi qoyuruq. AccessControl bazarın müxtəlif sahələrində xidmətlər təklif edir və sifarişçilərin hamısını etibarlı kommunikasiya infrastrukturu ilə təmin edir. Xidmət mərkəzimiz informasiya texnologiyaları sahəsində geniş çeşiddə xidmətlər təklif edir. Həmin xidmətlərə proaktiv (qabaqlayıcı) prosedurlar, avadanlıqlar və proqram təminatı üçün zəmanət və texniki xidmət daxildir.Əlavə olaraq Şirkətimizin əməkdaşları müvafiq sahə üzrə xaricdə ve ölkədə təhsil almış ve müvafiq sahə üzrə uzun müddət təcrubəyə malik beynəlxalq sertifikatlara malik (Cisco VMware Microsoft Linux Networking Security Voice VoIp) gənc kadrlardan ibarətdir: