lock_outline   Giriş-Çıxış nəzarət sistemləri

Barmaq izləri vasitəsilə sistemə daxil olma

Heç bir şey insanın əl izləri qədər unikal ola bilməz. Buna görə də barmaq izləri ilə daxil olma imkanını verən sistemi yaratmaq məntiqə uyğun olardı. Bu ideya VİRDİ - barmaq izləri əsasında identifikasiya sistemi tərəfindən həyata keçirilmişdir. Bu sistem barmaq izlərin unikal olduğundan xüsusi identifikasiyada istifadə edərək işçi heyətin daxil olmaq icazəsini yoxlayır.

Hər bir müəssisənin əsas kapitalı - onun əməkdaşlarıdır. Onların iş saatları - əsas aktiv və bərpa olunmayan ehtiyatdır. VİRDİ xüsusi olaraq insanlar və onların iş saatların idarə olunması üçün yaradılıb. Iş vaxtının qeydiyyatı və daxil olmağa nəzarət barmaq izləri vasitəsilə aparılır. Hr bir insanın barmaq izləri unikaldır, onları itirmək, borc almaq, oğurlamaq və ya unutmaq mümkün deyil. Amma identifikasiya zamanı təqdim etmək çox asandır. Barmaq izləri yad daşıyıcını deyil, insanı xarakterizə edir .Sizin əməkdaşlar görürlər ki, VİRDİ cansız buraxılış kartları və jetonlarla deyil, onlarla - yani insanlarla işləyir.

Hər bir istifadəçi öz individuallığını hiss edir və bunun nəticəsində öz məsuliyyəti və vacibliyini anlayır. VİRDİ - şirkətinizin şöbələri və xidmətləri və bütün əməkdaşlarınız üçün əvəz olunmaz kömkçidir. Modul strukturu bütün əsas şöbələrə iş vaxtının idarə olunması üçün effektiv vasitələr təklif edir.

Bu modul rəhbərlərə, kadr şöbələrin işçilərinə və mühasibatlara onunla xeyirlidir ki, bu modulun köməyi ilə tez və asan müxtəlif hesabatlar yaratmaq və əməkdaşların ezamiyyəti, xəstəlik vərəqələri və s hadisələri haqqında məlumat daxil etmək mümkündür.

Şirkətin rəhbəri

• Əmək intizamına riayət etməsi, əməkdaşların iş yerlərində olması və ya olmaması barədə dərxal tam məlumatı əldə edir
• şaxələnmiş hesabat sistemi vasitəsilə iş vaxtının istifadəsini ətraflı analiz edir
• işçi heyətin nəzarəti ilə bağlı mühafizəkar əməliyyatlardan azad olur

VİRDİ - nin koməyi ilə nəyə nail olur:

• əməkdaşların gecikmələrin azaldılması nəticəsində şirkətin gəlirlərinin artması
• hesabat xarakterli məlumatların şəffaflığının yüksəlməsi
• əmək resursların səmərəli paylaşdırılması
• operativ məlumatın əldə edilməsi
• əmək haqqının "şişildirilmiş" fondunun ləğv olunması (natamamlıqlar, "ölü ruhlar")

Kadrlar şöbəsi - işçi heyət xidməti

• avtomatizə olunmuş qaydada asan və tez ümumi və ətraflı hesabatları, həmçinin iş vaxtının qeydiyyat tabelini yaradır
• natamamlıqlar, normadan artıq işləmələr, gecikmələr, üzrsüz işə gəlməmələr, əməkdaşların işə tez gəlmələri və işdən gec çıxmaları haqqında tam məlumat əldə edir.
• VİRDİ tərəfindən təqdim olunan məlumatları əmək intizamını və daxili nizam qaydalarını pozanlarla işində istifadə edir

VİRDİ - nin koməyi ilə nəyə nail olur:

• Hesabatların hazırlanmasında əl əməyin aradan qaldırılması
• Iş vaxtının qeydiyyatının və məlumatların əsasında qəbul edilmiş qərarların etibarlılığı və dəqiqliyi
• əvvəllər ayrı olan məlumatların effektiv birləşdirilməsi və başqa məlumat sistemlərinə rahat ixracı
• əmək intizamının və motivasiyanın artması

Mühasibatlıq

• hər bir əməkdaşın müəyyən edilmiş dövr ərzində işlədiyi saatların miqdarı ümumiyyətlə iş vaxtının qeydiyyatı haqqında dəqiq və ətraflı məlumatları alır
• BioTime sistemi tərəfindən təqdim olunan məlumatları müxtəlif formatlarda digər sistemlərdə işləmək üçün ixrac edə bilir
• "kağız" sənədlərdə təqdim olunan məlumatlar və əməkdaşların işə gəldiyi və getdiyi vaxt haqqında həqiqi məlumatlar arasında uyğunluğu dəqiqləşdirir.

VİRDİ - nin koməyi ilə nəyə nail olur: • əmək haqqın dəqiq və effektiv hesablanması
• tarif dərəcələrin idarə olunması, gecə və iş vaxtından artıq görülən işin əmək haqqının rahat hesablanması
• iş vaxtının qeydiyyatı haqqında olan məlumatların 1C-dən idxalı və 1C-ə tez ixracı
• kağız sənədlərin işlənməsinə vaxt və gücün sərf edilməsinin istisna olunması
• katiblik, dispetçer və s. xidmətlər
• hər zaman əməkdaşların idə olması və ya olmaması haqqında doğru məlumata malik olmaq
• rəhbərin (və əgər lazımdırsa müştərilərin sifarişçilərin) tələbi ilə işdə olmayan əməkdaşın işə nə zaman gəlməsi haqqında məlumatı verə bilər.