public   Web Development

     Şirkətimiz həmçinin veb texnologiyaları üzrə ixtisaslaşmışdır. Biz müasir texnologiyalardan istifadə edərək sizin istəklərinizə uyğun veb həllər təklif edirik. Veb texnologiyaları üzrə əsasən 2 istiqamətli həllər təklif edirik:

  • Veb tətbiqlər

  • Veb saytlar

  • İnternet çıxışı olan istənilən cihazdan öz biznesinizi idarə etmək və izləmək üçün müştərilərimizə veb tətbiq təklif edirik. Belə ki, veb tətbiqləri istər online istər isə daxili şəbəkədə istifadə edə bilərsiniz, biz həmçinin təhlükəsizlik standartlarını tətbiq edərək sisteminizdəki məlumatları xarici hücumlardan qoruyuruq. Müasir texnologiyalardan istifadə edərək sizə tam sürətli, təhlükəsiz və mobile dəstəkli sistemlər təklif edirik. Müasir dünyada veb sayt şirkətlərin ən vacib faktorlarınan birinə çevrilib. Müştərilərinizə lazımi informasiyanı vermək, cəlb etmək və yeniliklərdən xəbərdar etmək üçün ən sürətli və müasir yoldur. Şirkətimiz müasir texnologiyalardan istifadə edərək, müştərilərin istəklərinə uyğun olaraq hər cür veb sayt hazırlayır.


  • Zövqlə hazırlanmış və şirkətinizin stilinin nəzərə alındığı unikal dizayn.
  • Veb-saytın şirkətinizin göstərdiyi xidmətlərin tələbinə uyğun funksional elementlərlə təchiz edilməsi.
  • Proffesional proqramlaşdırma. (Biz ancaq ən müasir və lisenziyalı proqram təminatları və ən son Veb texnologiyaları ilə işləyirik.)
  • SEO. Veb-saytın axtarış sistemlərində irəliləməsinin təminatı. (Rəqiblərinizlə rəqabətdə irəli keçmək imkanı).
  • Qrafik optimallaşdırma. Veb-saytın internet brauzerdə tez yüklənməsinin təmin edilməsi, krossbrauzerlilik. Biz hazırladığımız Veb-saytların populyar brauzerlərdə (Ie7+, Opera, Google Chrom, Mozilla Firefox) problemsiz açılmasına təminat veririk.
  • Veb-saytların təhlükəsizlik elementləri ilə təchiz olunması, məxvilik.
  • Domen adina uyğun (emailadı@sizinsayt.zona) pulsuz poçt qutuları.
  • Çox rahat Adminpanel (dinamik saytlar üçün). Siz Adminpanel vasitəsilə öz saytınızdakı resusları redaktə və idarə edə bilərsiniz.
  • İnternetdə Reklam. Sizin veb saytınızı axtarış sistemlərində ilk üçlüyə çıxarmaq imkanı.
  • Sonrakı texniki dəstək.