domain   Mərkəzdən İdarə etmə sistemləri

     Müəssisənin İT infrastrukturunun getdikcə artması və mürəkkəbləşməsi ilə idarəetmə sisteminin mövcudluğu bir neçə səbəbdən zəruri olur :

• Müasir müəssisələrin çoxu üçün İT tərəfindən təqdim edilən bəzi xidmətlər biznes cəhətdən tənqidi olur. İT infrastrukturunun idarə edilməsi sistemi real zamanda böyük sayda müxtəlif qurğu və servislərə nəzarət etmək, onların işinin müxtəlif parametrlərini toplamaq, bu parametrlərin təhlilini aparmaq və lazım olduqda, qabaqcadan təyin olunmuş əməliyyatları yerinə yetirmək imkanı verir.

• İT infrastrukturu inkişafının planlaşdırılması və yaxud onun optimallaşdırılması zamanı müxtəlif aparat resurslarının cari istifadə vəziyyətini bilmək (magistral və paylayıcı şəbəkələrin yüklənməsi, disk massivlərinin disk sahəsinin doldurulması, operativ yaddaş və server xidməti prosessorlarının yüklənməsi və s. ) son dərəcə vacibdir. Həmçinin, onların qısa və uzun zaman intervalı ərzində dəyişməsi dinamikasını anlamaq vacibdir. İT infrastrukturu sisteminin idarə edilməsi bütün bu məlumatları toplamaq və sonrakı təhlil üçün gərək olan meyarlar üzrə analitik hesabatları təqdim etmək qabiliyyətinə malikdir.

• İT infrastrukturunun bəzi idarəetmə sistemləri işçi stansiyalarda siyasətin idarə edilməsi, yüklənmiş PT-nın inventarlaşdırılması, aparat vasitələrinin inventarlaşdırılması, əlavə PT-nın yüklənməsi və s. kimi funksiyaları yerinə yetirməyə imkan verən əlavə modullara malikdirlər.