Hotel PMS sistemi nədir?
Hotel proqramı (PMS – Property Management System) otellər, hostellər və apart hotellər üçün hazırlanmış kompleks idarəetmə sistemidir. Bu proqram vasitəsilə rezervasiyalar, otaq doluluğu, müştəri məlumatları və maliyyə əməliyyatları vahid platformada idarə olunur.
Müasir otel proqramları real-time işləyərək otaqların vəziyyətini (boş, dolu, təmizlənir və s.) dərhal göstərir və check-in/check-out proseslərini sürətləndirir. Bu isə həm personalın işini asanlaşdırır, həm də müştəri məmnuniyyətini artırır.
🔸 Əsas funksiyalar:
Rezervasiya və bron sistemi
Check-in / Check-out idarəetməsi
Otaq statuslarının izlənməsi
Müştəri bazası və CRM
Kassa və ödənişlərin idarəsi
Hesabatlar və statistika
Hotel proqramı OTA platformalar (Booking, Airbnb və s.) ilə inteqrasiya olunaraq otaq doluluğunu avtomatik sinxronlaşdırır və overbooking riskini minimuma endirir.
Bundan əlavə, sistem giriş nəzarət (access control), kartlı kilidlər və digər smart həllərlə inteqrasiya edilə bilər. Bu da müasir otellər üçün təhlükəsiz və avtomatlaşdırılmış idarəetmə imkanı yaradır.
🔸 Harada istifadə olunur:
Otellər və butik hotellər
Hostellər
Apart hotellər
İstirahət mərkəzləri və resortlar
Bu proqram təminatı sayəsində otel sahibləri bizneslərini daha effektiv idarə edə, gəlirləri artıraraq əməliyyat xərclərini azalda bilirlər.