Turniket sistemi kimlərin binaya, yeməkxanaya və ya istehsalat sahəsinə daxil olduğunu avtomatik qeydə alaraq nəzarətsiz girişin qarşısını alır. RFID kart, barmaq izi və ya face control oxuyucusu ilə birgə işləyərək tam giriş nəzarəti təmin edir.
Ofis lobbisi və inzibati binalar üçün kompakt, aşağı hündürlüklü tripod turniket. Sürətli axın, sakit iş rejimi.
Zavod və fabrik yeməkxanalarında işçi sayının uçotu üçün RFID kart və ya barmaq izi ilə işləyən dözümlü turniket həlli.
Stadion, metro tipli obyektlər və yüksək tələb olunan giriş nöqtələri üçün maneə effekti güclü turniket sistemi.
Hər turniket sistemi access control plata vasitəsilə mərkəzi proqram təminatına qoşulur — bu da real vaxt rejimində giriş-çıxış hesabatı, davamiyyət analitikası və uzaqdan idarəetmə imkanı yaradır.
| Oxuyucu tipi | RFID kart, barmaq izi (biometrik), face control (üz tanıma), QR kod |
|---|---|
| İdarəetmə | Access control plata, Wiegand 26/34, TCP/IP şəbəkə |
| Tətbiq sahəsi | Ofis, yeməkxana, zavod, fitness klub, hotel, tədris müəssisəsi |
| Əlavə funksiyalar | Real vaxt davamiyyət hesabatı, əcnəbi giriş bloklama, alarm inteqrasiyası |
Ölçü, oxuyucu tipi və axın sürətinə görə pulsuz layihələndirmə.